Yazını böyüt
Yazını kiçilt
Türkiyə koronavirus təhlükəsi ilə əlaqədar İtaliyadakı vətəndaşlarını təxliyə edəcək.
Hafta.az-ın məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir bildirib ki, İtaliyadan qayıtmaq istəyən vətəndaşlar qısa zaman ərzində Türkiyəyə çatdırılacaq.
O əlavə edib ki, bu günədək Türkiyədə koronavirusa yoluxma faktı qeydə alınmayıb.